Azərbaycan yay vaxtına keçir

19 Mart 2015 11:38 (UTC+04:00)
Hər il oktyabr ayının son bazar günü isə saat 5:00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 29 mart 2015-ci il tarixində saat 4:00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.