Qadınları fahişəliyə cəlb edən şəxs saxlanıldı – Şəmkirdə

19 Mart 2015 13:37 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bəlli olub ki, Şəmkir rayon sakini Əfsanə Məmmədova qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyur.

Bu faktla bağlı araşdırmanı İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları aparır.