Rövnəq Abdullayev bir milyard axtarır - Kredit

19 Mart 2015 13:41 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Neftqaztikinti" trestinin yeni inzibati binasının açılışı zamanı deyib.

Onun sözlərinə görə, SOCAR təxminən 1 milyard manat həcmində kredit cəlb etmək niyyətindədir: "Kredit OGPC layihəsinin birinci mərhələsinin reallaşdırılması üçün alınacaq. Biz ödəmə müddətinin beş il artırılması ilə 10 il müddətinə təxminən 1 milyard dollar kredit götürmək niyyətindəyik".