Rəis müavini qəza törətdi- Yaralılar var

19 Mart 2015 19:01 (UTC+04:00)


Fizuli Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb.

Fizuli Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlərlə iş üzrə müavini, polis mayoru İsa Hacıyevin idarə etdiyi 90-AT-677 dövlət nömrə nişanlı "Chevrolet Niva" markalı xidməti avtomobillə rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Məhəmməd oğlu Əliyevin idarə etdiyi "Opel " markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Opel" markalı maşının sürücüsü və avtomobildə olan sərnişin, 1964-cü il təvəllüdlü Əşrəf Həsən oğlu Şahbazov müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.