Azərbaycana daha 5 medal gəldi
8 Oktyabr 2012 09:39 (UTC+04:00)
Rusiyanın Anapa şəhərində boks üzrə məktəblilər arasında Avropa birinciliyinə yekun vurulub. Aznews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan milli komandası turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
44,5 kq çəki dərəcəsində mübarizə aparan Ümid Rüstəmov Gürcüstanı təmsil edən erməni əsilli David Petrosyanı 7:3 hesabı ilə məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər boksçumuz Pərviz Quliyev (52 kq) yalnız həlledici görüşdə uduzaraq, gümüş medala layiq görülüb.
Həmyerlimiz finalda irlandiyalı Maykl Nevinə 12:15 hesabı ilə uduzub. 65 kq çəki dərəcəsində yarışan Hacı Dilbazov da vətənə gümüş medalla dönüb.
Millimizin üzvü finalda yerli idmançı – MaksimYemelyanova məğlub olub. Daha iki boksçumuz – Məhəmməd Abdullayev (76+kq) və Malik Həsənov (38,5 kq) isə Avropa birinciliyində 3-cü yerə layiq görülüblər.
Qeyd edək ki, yığmamız ümum komanda hesabında 4-cü yeri tutub. Rusiya 1-ci, İrlandiya 2-ci, Ukrayna isə 3-cü sırada qərarlaşıb.
Elman Bakuvi
Aznews.az