ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

20 Mart 2015 12:35 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib.

"ABŞ martın 18-də elan edilmiş əfv fərmanını və Seçkilərin monitorinq mərkəzinin direktoru Bəşir Süleymanlının, həmçinin Azərbaycan QHT-lərinin daha 3 təmsilçisinin azad edilməsini alqışlayır", - deyə Psaki vurğulayıb.

ABŞ təmsilçisi Azərbaycanı bu istiqamətdə "əlavə müsbət addımlar" atmağa çağırıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu həftə 101 məhbusun əfvi ilə bağlı sərəncam verib.