Həbsxanada dəhşət - Ər arvadının başını kəsdi

20 Mart 2015 13:29 (UTC+04:00)

Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə martın 19-da axşam saatlarında Sivasdakı E tipi qapalı həbsxanada baş verib. Cinayət səbəbi ilə 16 il həbs cəzasına məhkum edilən Qaziantepdə qeydiyyatda olan Mətn Avçını ziyarət etmək üçün xanımı Leyla Avçı Sivasa gəlib.

Həbsxanaya gedən qadın burada əri Mətin Avçı ilə xanımların danışıqları üçün hazırlanan və "Çəhrayı otaq" adı verilən otağa keçib. Bir müddət sonra otağa meyvə qabı alıb. Otaqda Mətn Avçı hələ ki məlum olmayan səbəbdən həyat yoldaşının boğazını meyvə bıçağı ilə kəsib. Sonra da bıçaqla öz qollarını kəsib. Bağırtı eşidərək içəriyə girən həbsxana əməkdaşları Leyla Avçının cansız bədəni ilə qarşılaşıb. Yaralı Mətn Avçı təcili tibbi yardım maşını ilə aparıldığı xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı istintaq başlayıb.