Təşvişə düşən ermənilər seçim qarşısında: ya tabut, ya da...

21 Mart 2015 11:15 (UTC+04:00)
Ermənilər sosial şəbəkələrdə və müxtəlif informasiya portallarının təşkil etdiyi forumlarda Azərbaycan Ordusunun üstünlüyünu açıq şəkildə etiraf edir və itkilərinin getdikcə artmasından ciddi şəkildə narahat olduqlarını yazırlar. Bu müzakirələrdə ermənilər çağırışçıların Dağlıq Qarabağa göndərilməsinə görə Ermənistan hakimiyyətini sərt şəkildə qınayır və Ermənistan respublikasının vətəndaşlarınının ölümə göndərilməsinə görə Serj Sarksyanın məsuliyyət daşıdığına dair fikirlər də səsləndirirlər.

Aydndır ki, ermənilərin qorxuya düşməsi səbəbsiz deyil. Azərbaycan Ordusunun bütün komponentlər üzrə işğalçı ordudan əhəmiyyətli dərəcədə üstün olması faktdır və bunu artıq erməni cəmiyyəti də görür.
Xatırlayırsınızsa, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir müddət əvvəl verdiyi açıqlamada belə bir diqqətçəkən fikir səsləndirmişdi: "Ermənilər Azərbaycan Ordusunun güclü olduğunu hiss etməlidirlər". Artıq erməni cəmiyyəti Azərbaycan Ordusunun qüdrətini nəinki hiss edir, hətta əsgərlərimizin günbəgün yaxınlaşan ayaq səslərini də eşidir və bundan narahat olur.
Yazının sonunda təqdim etdiyimiz fotoya diqqət edin. Martın 19-da Azərbaycan əsgərləri tərəfindən öldürülmüş ermənilərdən biridir – Arşak Karenoviç Arutunyan. 1995-ci ildə Yerevanda anadan olub. Cəmi 3 aydan sonra xidmətini başa vuracaqdı. Amma o da digərləri kimi Ermənistan hakimiyyətinin işğalçı mahiyyətinin qurbanı oldu... Bu yerdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında dünya ictimaiyyətinə ünvanladığı sual yada düşür:

"Erməni əsgəri Azərbaycanın işğal olunmuş ərazilərində nə gəzir? Niyə onlar öz şəhərlərinə - Yerevan və Gümrüyə qayıtmırlar?" Ölmək istəməyənləri Azərbaycan torpaqlarından geri çəkilməyə çağıran Prezident İlham Əliyev işğal olunmuş torpaqlarımızdakı qonadarma orduda xidmət edən Ermənistan vətəndaşlarına martın 19-da növbəti dəfə xitab edərək, çox ciddi və deyərdik ki, tərixi bir bəyanat verdi: "Ölmək istəmirsinizsə oturun yerinizdə. Qisası biz almalıyıq və alırıq da. Biz Xocalı qurbanlarının qisasını alırıq və alacağıq!" Bu bəyanat torpaqlarımızı işğal edənləri, qondarma orduda xidmət edən Ermənistan vətəndaşlarını daha ağır itkilər gözlədiyinə dair ən yüksək səviyyədə verilmiş anonsudur. Ermənistan cəmiyyəti bu bəyanatların ciddiliyini dərk etməyənə qədər itirə-itirə gedəcək, daha çox sayda tabut qarşılacaq. Yazının sonunda fotosunu təqdim etdiyimiz Arşak Karenoviç və martın 19-da Azərbaycan əsgərləri tərəfindən məhv edilmiş digər Ermənistan vətəndaşları Prezident İlham Əliyevin dediyi kimi - öz yerlərində otursaydılar indi ölülər sırasında olmazdılar.

Ermənistan cəmiyyəti seçim qarşısındadır: Ya hər gün meyit qarşılacaq, ya da Azərbaycan Prezidentinin bəyanatlarını analiz edərək doğru nəticə çıxarıb Ermənistan respublikasının vətəndaşlarını Qarabağa - qondarma orduda xidmətə yollamaqdan imtina edəcək. Nəticə çıxarmaq üçünsə Azərbaycan Prezidentinin təkcə bu bəyanatı kifayət etməlidir:
"Bizim əsgərlərimiz Vətəni ləyaqətlə qoruyurlar. Biz tam üstünlüyü əldə etmişik. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar əlbəttə ki, bütün qədim torpaqlarımıza qayıdacağıq - İrəvana da, Göyçəyə, Zəngəzur mahalına da. Bütün bunlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bunu bilməlidir ki, bizim torpaqlarımız sadəcə olaraq bugünkü müstəqil Azərbaycan torpaqları deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Biz hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq".

"AzerFax"