Sərxoş futbolçu maşınla mağazaya girdi - VİDEO

8 Oktyabr 2012 09:58 (UTC+04:00)
Rusiyanın "Terek" klubunun belçikalı yarımmüdafiəçisi Conatan Lejar sərxoş vəziyyətdə "Porsche Panamera" avtomobilini mağazanın içinə çırpıb. 168.az "Sudpresse"yə istinadən xəbər verir ki, hadisə Belçikanın Tonheren şəhərində baş verib. Lejar Qroznı klubunda hədiyyə olunan maşınını mağazanın 10 metrliyinədək içəri sürüb.

Ziyanın miqdarı 300 min avro dəyərindədir. Xəsarət alan olmasa da, marketin 12 əməkdaşı iş yerini itirib. Bu, Conatanla bağlı Lejar şəhərində baş verən ikinci olaydır.

3 il öncə o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün bir il müddətinə sürücülük hüququndan məhrum edilmişdi. Bu dəfə isə polis futbolçunun sürücülük vəsiqəsini dərhal alaraq özünü ayıltma məntəqəsinə göndərib.



AzNews.az