Bakıda növbəti dəfə ana ölümü - Özəl klinikada

21 Mart 2015 11:55 (UTC+04:00)

Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-"Astoriya" Tibb Mərkəzində baş verib.

Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

"Astoriya" Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləyiblər . Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.