Saakaşvilinin tərəfdarları aksiya keçirir

21 Mart 2015 19:36 (UTC+04:00)

"Qafqazinfo" Gürcüstan KİV-nə istinadən xəbər verir ki, keçmiş hakim partiya olan "Vahid Hərəkat"ın tərəfdarları hökuməti istefaya çağırıblar. Dövlət himninin sədaları altında irəliləyən kütlə əllərində hökumətə ünvanlanan simvolik "qırmızı kart"lar paylayıblar.

Daha sonra Saakaşvili Brüsseldən meydana qoyulan iri monitor vasitəsi ilə mitinq iştirakçılarına canlı yayımla bağlanıb:

"Bu gün Gürcüstan hökuməti xalqın inamını tamamilə itirib və çoxdan yalan içərisində batıb...İndi biz rus oliqarxları və onların xidmətçiləri başda olmaqla hökuməti yola salmalıyıq".

Daha sonra partiya liderlərindən olan David Darçiaşvili çıxış edərək bildirib ki, koalisiyanın devrilməsi tamamilə dinc yolla, istisnasız olaraq seçki yolu ilə baş tutacaq.

Növbəti parlament seçkiləri 2016-cı ildə olsa da Darçiaşvili seçkilərin vaxtından əvvəl keçiriləcəyini də istisna etməyib.