Erməni hərbçilər ağır vəziyyətdə - FOTOLAR

21 Mart 2015 20:05 (UTC+04:00)
Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, yaralı hərbçilərdən bir neçəsi Xankəndindəki hərbi hospitalda müalicə olunur, ağır vəziyyətdə olan bir zabit və bir əsgər isə Yerevana aparılıb. Bunlar leytenant Sərkis Qabrelyan və əsgər Edqar Matirosyandır.

Bu arada Dağlıq Qarabağdakı separatçı rejimin "rəhbəri" Bako Saakyan Xankəndind müalicə olunan yaralı əsgərlərə baş çəkrərək, onlara ürək-dirək verməyə çalışıb. Bundan başqa, o, ölən erməni əsgərlərin valideynlərinin sakitləşməsi üçün onları "medal"la təltif edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 19-da baş vermiş döyüşdə ermənilərin 20-dək hərbi qulluqçusu məhv edilib və yaralanıb.
Ermənistan tərəfi isə 3 əsgərin öldüyünü, 4-nün yaralandığını etiraf dib.