Şirkətlər üçün daha bir yenilik

8 Oktyabr 2012 10:13 (UTC+04:00)


Azərbaycanda şirkətlər tərəfindən korporativ idarəetmə sisteminin bəzi müddəaların icbari qaydada həyata keçirilməsi nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyi korporativ idarəetmə şöbəsinin müdiri Anar Hacızadə bildirib ki, korporativ idarəetmə sistemi artıq 1 ildən artıqdır ki, tətbiq olunur. 50-dək şirkət bu standartların tətbiqinə maraq göstərir.

Hələlik şirkət və təşkilatların könüllü tətbiq etdiyi standartlarla bağlı daha bir yenilik isə Mülkü Məcəlləyə nəzərdə tutulan əlavələrdir: "Korporativ idarəetmə sahəsində icrası məcburi tələb olunan müddəalar Mülki Məcəlləyə əlavə və dəyişikliklər formasında əlavə olunacaq. Hazırda müxtəlif dövlət qurumları tərəfindən bu məsələyə baxılır".

Elnarə Əlosmanqızı
AzNews.az