Rusiyanın məşhur yazıçısı vəfat etdi – VİDEO

22 Mart 2015 15:45 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.
Rusiya prezidenti Vladimir Putin bununla bağlı mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Yazıçı ilə vida mərasimi gələn həftənin 3-cü günü keçiriləcək. Onun Moskvada Vvedensk qəbristanlığında dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Arkadi Arkanov mart ayının 14-də xəstəxanaya yerləşdirilmişdi.
Arkadi Arkanov 1933-cü il iyun ayının 7-də Kiyev şəhərində anadan olub. O, 1957-ci ildə Seçenov adına Moskva 1-ci Tibb Universitetini bitirib. Arkanov çoxlu sayda kitabların müəllifidir. Onun pyesləri Satira teatrında tamaşaya qoyulub. O, "Gülüş ətrafında" və "Ağ tutuquşu" verilişlərinin aparıcısı olub.