Bakıda 56 yaşlı kişinin mənzildə meyiti tapıldı

22 Mart 2015 20:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1959-cu il Karsuniski Vadim Mixayloviç mənzildə bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.