Sabiq nazir Yanukoviçin ölən oğlu haqda yazdı: “O, sükan arxasında öldü”

22 Mart 2015 21:28 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb.

"Viktor Viktoroviç Yanukoviç faciəli şəkildə həlak oldu. O, sükan arxasında yaşadı və öldü. Viktor Milli Federasiyanın ən layiqli sürücüsü idi", - deyə Nestor Şufriç əlavə edib.

Qeyd edək ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin kiçik oğlu Viktor Baykal gölündə 2 gün öncə keçirilən idman yarışlarına qatılıb və faciəli şəkildə həlak olub. Viktorla yanaşı içərisində 6 sərnişini olan "Volkswagen" mikroavtobusu buzun altına yuvarlanıb.

Faciədə yalnız Viktorun öldüyü deyilir.