Bakıda 56 yaşlı kişinin yanan meyiti tapıldı
22 Mart 2015 21:37 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.
Hadisə Xətai rayonunda qeydə alınıb.
Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı evdən 1959-cu il təvəllüdlü Məmmədov Hacı Məhi oğlunun yanan meyiti aşkarlanıb.
Evin zirzəmisində yerləşən qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.