Sumqayıtda “VAZ” avtomobili yandı

22 Mart 2015 21:45 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı FHN yayıb.

Belə ki, vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.