Bu şəhərə köç edənə villa və ev veriləcək

22 Mart 2015 22:33 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.
Trekronor şəhər bələdiyyəsi deyib ki, yaşamaq üçün bu şəhərə köç etmək istəyən ilk iki uşaqlı ailəyə 100 kvadrat metr böyüklüyündə olan villa veriləcək və 4 ay müddətində həmin villanın kirayəsi alınmayacaq. Bununla yanaşı həmin ailələrə "Peugeot 308" avtomobili də hədiyyə ediləcək.

Bu faktı şəhər miqrasiya idarəsinin rəsmisi Anne Nöhr Ringgren də təsdiq edib: "Hər şeydən əvvəl şəhərimizə uşaqlı ailələrin miqrasiya etmələri üçün 4 aylıq sınaq müddətində bütün xərcləri öz öhdəmizə götürdük. Ev və avtomobillər hazırdır.

Müraciət edən ilk iki ailəyə bu imkanları verəcəyik. Görək faydası olacaqmı? Bizim bir atalar sözümüz var: "Yaxşı insan əyalətdə yetişir". Trekroner bölgəsi ticarət etmək və yaşamaq üçün ən yaxşı regiondur. İnsanların bu çağırışımıza qoşulacaqlarına inanırıq. Gələn ailələrə təxminən 5 min avro dəyərində yardım ediləcək. Müraciət üçün sadəcə bir formanı doldurmaq kifayət edər".

Qeyd edək ki, son dövrlər Danimarkanın əyalətindən böyük şəhərlərə miqrasiya edənlərin sayı xeyli çoxalıb. Bunun qarşısını almaq üçün yerli bələdiyyələr qabaqlayıcı tədbirlər görmək istəyir.