Azərbaycanda məhbus öldü

23 Mart 2015 11:24 (UTC+04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində baş verib.

Həmin müəssisədə cəza çəkən, Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılovun meyiti müəssisənin ayaqyolunda aşkar edilib. Məhkumun ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.

Şəki Rayon Prokurorluğundan APA-ya məhkumun ölüm faktını təsdiqləyiblər.

Bildirilib ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünyasını dəyişən məhkum F. İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.