İdmançımız erməni rəqibini nokauta saldı - FOTOLAR

23 Mart 2015 20:46 (UTC+04:00)
AzNews.az- ın məlumatına görə, mili komandamız yarışa 3 idmançıyla qatılıb.

Ölkəmizi 45 kq çəkidə Nicat Nəcəfzafə, 75 kq-da Nicat Vəliyev, 86-kq-da isə Xəyal Əhmədov təmsil edib. Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub. Xəyal Əhmədovun qələbəsi isə xüsusi qeyd olunmalıdır. Erməni kikboksuçu Qoçaryanla qarşılaşan Xəyal rəqibini bütün komponentlərdə üstələyərək parlaq qələbə qazanıb.

Erməni idmançı Əhmədovun zərbələri önündə 2-ci raundun ortalarına qədər davam gətirə bilib. Ermənini nokauta salan Xəyal Əhmədov Dünya Kubokuna sahib çıxmaqla azarkeşlərinə özünəməxsus Novruz bayramı hədiyyəsi edib.