Ermənistan iranlı din xadimlərinə qızıl medal verdi

8 Oktyabr 2012 10:57 (UTC+04:00)
Ermənistan bir qrup iranlı din adamını, eləcə də ictimai xadimi mükafatlandırıb. Mükafatları Ermənistanın müstəqilliyinin 21-ci ildönümü münasibətilə İranda keçirilən təbirlərdə iştirak etmək üçün bu ölkəyə səfər edən diaspora naziri Qranuş Akopyan təqdim edib.

Tehrandakı monastırda keçirilən tədbirdə iştirak edən nazir Ermənistan prezidenti adından iranlı şair Vərənd Keşişyana "Movses Xorenasi" medalını təqdim edib.
İsfahan eparxiyasının nümayəndələri Babken Çaryan və Noel Minasyana isə qızıl medal təqdim olunub.

Alpər
AzNews.az