Erməni vəkil Serj Sarkisyanı ittiham etdi – SƏBƏB

24 Mart 2015 15:25 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Epress" saytı erməni vəkil Arutyun Baqdasaryana istinadən deyib.

Qeyd edək ki, Ermənistan parlamentinin son iclasında "İrs" fraksiyasının deputatı Zarui Postancyan "Valeri Permyakovun Ermənistana verilməsi" layihəsini müzakirəyə çıxarsa da hakim partiya həmin layihəni dəstəkləməyib.

"Permyakov 3 aydır ki, həbsdədir. Əgər Rusiya tərəfi onun cinayət işini sentyabr ayınadək yekunlaşdırıb məhkəməyə versə, deməli biz heç vaxt Permyakovu tələb edə bilmərik", - deyə vəkil əlavə edib.

Hakim partiyanın üzvü Vaqram Baqdasaryan isə Permyakovun Ermənistana verilməsi məsələsini "siyasi spekulyasiya" adlandırıb: "Hakim partiya olaraq biz bu spekulyasiyada iştirak etmək istəmirik".

Qeyd edək ki, Respublika Partiyasının sədri ölkə prezidenti Serj Sarkisyandır.