Qəzaya düşən təyyarədə ölən türkün kimliyi bəlli oldu - VİDEOLAR

24 Mart 2015 22:17 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Məlumata görə, sərnişinlər arasında 39 türk sərnişinin olduğu iddia edilirdi, ancaq Xarici İşlər Nazirliyi bu informasiyanın düzgün olmadığını deyib və yalnız 1 türk əsilli Almaniya vətəndaşının olduğunu açıqlayıb.

Barcelona-Düsseldorf reysi ilə uçan təyyarədə ölən türkün 36 yaşlı Gülzar Polad adlı bir şəxs olduğu dəqiqləşdirilib. Onun İstanbullu və evli olduğu deyilir.

Qəzadan sonra Parisdə İspaniya Kralı 6-cı Felipe ilə mətbuat konfransı keçirən Fransa prezidenti Fransua Olland təyyarədəki sərnişinlər arasında "Almanlar, ispanlar və yəqin ki, türklər var" sözlərini demişdi.
İspaniya Kralı da təyyarədə türklərin olduğunu bildirmişdi.