Təyyarə qəzası ilə bağlı CANLI YAYIM

24 Mart 2015 22:52 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Almaniyanın "Germanwings" şirkətinə məxsus olan "Airbus A320" sərnişin təyyarəsi Fransanın cənubunda qəzaya düşüb.

Nəticədə təyyarədə olan 6 ekipaj üzvü də daxil olmaqla, 150 nəfərin hamısı həlak olub.
Təyyarənin qalıqları polis vertolyotları tərəfindən artıq aşkar edilib.