“Qəbələ” “Barselona” ilə qarşılaşacaq

8 Oktyabr 2012 11:05 (UTC+04:00)
"Qəbələ"nin 12 yaşa qədər futbolçulardan ibarət komandası oktyabrın 10-da Rusiyanın Sankt-Peterburq şəhərinə yollanacaq.

AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, Beynəlxalq Young Talents-2012 turnirində iştirak edəcək komandamız kubok uğrunda "Barselona", "Zenit", "Rubin", "Spartak" kimi tanınmış rəqiblərlə mübarizə aparacaq.

Turnir oktyabrın 15-dək davam edəcək. Klubumuz qrup mərhələsində "Zenit" (Rusiya), "Ştik" (Latviya), "Stroqino" (Rusiya), və "Rusiçi Orel" (Rusiya) kollektivləri ilə qarşılaşacaq.

AzNews.az
Elman Bakuvi