Bu ölkə dövlət sərhədini 3 günlüyə bağladı

25 Mart 2015 20:56 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.
Məlumatda deyilir ki, məqsəd ölkədə keçiriləcək prezident seçkilərini sülh şəraitində başa vurmaqdır.

Ölkənin hazırkı prezidenti Qudlak Conatan əsas namizəd hesab edilir. 1980-ci illərdə Nigeriyaya rəhbərlik edən Məhəmməd Buxarinin də şansının böyük olduğu deyilir.

Qeyd edək ki, mart ayının 28-də keçiriləcək seçkini "Boko Haram" terror təşkilatının yaraqlıları dəfələrlə pozmaq istəyib.