Obama Əfqanıstan prezidentinin soyadını yadından çıxartdı

25 Mart 2015 21:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın NTV telekanalı yayıb.
Məlumatda deyilir ki, hadisə Vaşinqtonda qeydə alınıb. 2 günlüyə ABŞ-a rəsmi səfərə gələn Əfqanıstan prezidenti Əhmədzay həmkarı Obama ilə mətbuat konfransı keçirib.

Ağ Evin sahibi ona müraciət edərkən "Kərzai" deyib. Əşrəf Qani isə Barak Obamanın bu səhvini qabartmayıb.

Qeyd edək ki, Həmid Kərzai 2004-cü ildən 2014-cü ilədək Əfqanıstanın prezidenti vəzifəsində çalışıb.