Prezidentin əmisi oğlu əsir götürüldü

8 Oktyabr 2012 11:36 (UTC+04:00)
Azad Suriya Ordusu prezident Bəşər Əsədin əmisi oğlunu əsir götürdükləri ilə bağlı məlumat yayıb.

Xəbər rəsmən təsdiq edilməsə də, məlumatı üsyançıların liderlərindən biri Adnan əl-Arur öz Twitter səhifəsində paylaşıb. O, qeyd edib ki, Hüsam əl-Əsəd islamçı briqada "əl-Faruk" tərəfindən əsir alınıb.

Qeyd edək ki, Əsəd hökuməti faktı nə təsdiq, nə də təkzib edib.

Sadiq Musa
AzNews.az