Teatrlarda “Leyli” qalmaqalı

8 Oktyabr 2012 11:45 (UTC+04:00)


"Xalq ulduzu" yarışmasının iştirakçılarından olan İlahə İbadova portalların birinə müsahibəsində Opera və Balet Teatrının "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçılarını ağır ittiham edib: "Bizə "Leyli" olmağa imkan vermirlər... Ancaq düşünürəm ki, bu zamanla həllini tapacaq və opera səhnəsində yeni "Leyli", yeni "Məcnun"lar olacaq. Onsuz da gec-tez estafet bizə ötürülməlidir".

Leyli obrazının ifaçısı, xalq artisti Aygün Bayramova isə AzNews.az-a açıqlamasında İ.İbadova ilə qətiyyən razılaşmır: "Bəyəm bizim teatrın Leyliləri qocalıb ki? Hamısı öz görkəmində, tərbiyəsi, mədəniyyətinə də ki, söz ola bilməz. Bu "Leylilərin" hər birində cəmləşib. Teatrda Nəzakət Teymurova, Gülyaz Məmmədova, Vüsalə "Leyli" oynayır. Bunu başqa adam desəydi, bəlkə də nəsə deyərdim. Amma o, adam haqqında ümumiyyətlə, danışmaq istəmirəm. Danışmağa heyfim gəlir".

Bahar Rüstəmli
AzNews.az