Qənirə Paşayeva seçiciləri ilə görüşdü

26 Mart 2015 23:29 (UTC+04:00)
 AzNews.az xəbər verir  ki, o, rayonun  Bozalqanlı, Əlimərdanlı, Xatınlı kəndi də daxil olmaqla bir sıra kəndlərini ziyarət edib, sakinlərlə görüşüb, qayğı və problemləri  ilə maraqlanıb. Bozalqanlı kəndində Qənirə Paşayeva Qarabağ müharibəsi əlili Yusif Rzayev üçün dövlət tərəfindən tikilərək istifadəyə verilən evinə baş çəkib, ailəni ziyarət edib. Prezident İlham Əliyevi Qarabağ əlillrinə hər zaman artan diqqət və qayğısından danışan millət vəkili Qənirə Paşayeva Yusif Rzayevin ağır ailə vəziyyətini Əmək və Əhalinin  Sosial müdafiəsi naziri Səlim Müslümovla müzakirə etdikdən sonra nazirin ona qısa zamanda ev tikiləcəyi ilə bağlı vədini yerinə yetirməsindən çox məmun qaldığını bildirib və bununla bağlı artıq təşəkkürünü çatdırdığını da deyib. O, Yusif Rzayevin maşınla təmin olunması üçün nazirə müraziət etdiyini də ailənin  diqqətinə çatdırıb və bu məsələnin də öz həllini tapacağına inandığını deyib. Ailə ilə geniş söhbət edən millət vəkili Qənirə Paşayeva eyni zamanda kənddə sağlamlıq imkanları məhdud olan bir sıra xəstələri də ziyarət edib, bəzi xəstələrlə bağlı Rayon Mərkəzi Xəstəxanasına və Səhiyyə Nazirliyinə müraciət edib.   Prezidentin Əlimərdanlı kəndi də daxil olmaqla rayon mərkəzindən Kür cayına qədər yol üzərində olan kəndlərin yollarının yüksək səviyyədə təmiri üçün vəsair ayrılmasına göstəriş verdiyini və artıq xeyli işlərin gördüldüyünü deyən millət vəkili bununla minlərlə insanın hər gün üzləşdiyi yol problemlərinin tamamilə öz həllini tapacağını deyib və Prezidentdə bir millət vəkili olaraq kənd sakinlərinin və özünün bir daha təşəkkürünü çatdıracağını deyib.
Millət vəkilinin kəndlərdə sakinlərlə görüşü zamanı sakinlər əsasən ünvanlı sosial yardım, kənd yolları,əkin suvarması suyu iləbağlı təhcizatın daha da yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdətutulan layihələr iləbağlı öz təklif vəfikirlərini bildiriblər, müzakirələr aparıblar. QənirəPaşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkin sahələrinin zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. Cənab Prezident tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdəinsanlara dəstəyini daha da artıracağını deyib.  Kəndlərdə yeni artezian quzularının qazılması xahişi ilə bir millət vəkili olaraq Su vəMeliorasiya naziriƏhməd Əhmədzadəyə müraciət etdiyini vəTovuzda  son bir neçəildə xeyli sayda artezian quyularının qazıldığını, amma yenə də təlabatın çox  olduğunu  deyən Q.Paşayeva bir müddət əvvəl  Su və Meliorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlərin və öz adından xahiş etdiyini deyib vəbildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.  Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətindəköməklik göstərilməsinə çalışacağını bildirib. Seçiciləri ilə görüşdə millət vəkili QənirəPaşayeva Milli Məclisdəqəbul olunan qərar vəqanunlardan, qanunlara edilən əlavə vədəyişikliklərdən dədanışıb, sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalanmasına böyük diqqət yetirməyəçağırıb. Son bir neçə ay ərzindəbir sıra kəndlərdə 10-a yaxın kənd sakininin yandığını və ya qazdan partladığını, ailənin çətin vəziyyətdəqaldığını deyən millət vəkili Qənirə Paşayeva evlərin sığortasınınəhəmiyyətindən danışaraq kənd sakinlərini bu məsələyəxüsusi önəm verməyəçağırıb. Millət vəkili eyni zamanda ailələrəuşaqların təhsilə daha da ciddi önəm verməyədə çağırıb.