Qəzaya uğrayan təyyarənin ən kiçik sərnişini (FOTO)

27 Mart 2015 00:04 (UTC+04:00)
Musavat.com-un məlumatına görə, bu, İspaniya vətəndaşı olan bir ananın 7 aylıq oğludur.

Belə ki, həlak olanlar arasında 37 yaşlı Marina Bandres və onun körpəsi Culian da var. Məlumata görə, qadın südəmər övladı ilə ailə üzvlərindən kiminsə dəfnindən sonra Barselonadan öz evinə qayıdırmış.

Xatırladaq ki, martın 24-də baş vermiş aviaqəza nəticəsində 15 ölkədən ümumilikdə 150 nəfər həlak olub.