Azadə Balayeva “İç Xəbər”in redaktoru oldu
8 Oktyabr 2012 11:48 (UTC+04:00)
Təxminən bir həftə öncə "SalamNews" İnformasiya Agentliyindən və "İnterAz" Televiziyasından kütləvi istefalar oldu. Televiziyanın redaktoru Azadə Balayeva istefa verdikdən sonra əvvəl əməkdaşlıq etdiyi ANS telekanalına qayıdıb.
AzNews.az-ın məlumatına görə, o, burada yüksək vəzifəyə təyin edilib. Belə ki, A.Balayeva "İç Xəbər" proqramında redaktor kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, A.Balayeva 2011-ci ilin aprelində ANS telekanalından istefa vermişdi.
İlkin
AzNews.az