Nyu-Yorkdakı partlayış 3 binanı dağıtdı – Yaralılar var (VİDEO)

27 Mart 2015 10:46 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı NBC telekanalı yayıb.

Nyu-York şəhərinin meri Bill de Blazio deyib ki, partlayış binanın 1-ci mərtəbəsində çalışan fəhlələrin ehtiyatsızlığı ucbatından baş verib: "Onlar qaz boru xəttini zədələyiblər".

Hadisə nəticəsində 30 nəfər ciddi xəsarət alaraq xəstəxanalara yerləşdirilib. Onlardan 4-nün vəziyyətinin kritik olduğu deyilir.

Ərazidə yanğınla mübarizədə 250 nəfərin çalışdığı bildirilir.