72 yaşlı kişi su quyusuna düşdü

27 Mart 2015 12:23 (UTC+04:00)


Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zirə qəsəbəsində yerləşən Bağ Massivində baş verib.

Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Fərman Bayram oğlu Bayramov həyətində yerləşən su quyusunu təmir edərkən orada köməksiz vəziyyətdə qalıb.

F. Bayramov Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.