İraqlı nazirdən neft açıqlaması: Bir barel 70 dollar olacaq

27 Mart 2015 12:38 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi İraqın neft sənayesi naziri Adel Abdel Mahdiyə istinadən yayıb.

"Yanvar ayında neft minimum həddə düşdü. İndi isə yavaş-yavaş yuxarı qalxır. Hesab edirəm ki, ilin sonunadək bu rəqəm 70-ə bərabər olacaq. Neftin qiymətinin qalxmasını bir çox ekspertlər Yəməndəki münaqişə ilə əlaqələndirirlər. Bu, doğrudan da belədir. Siyası problemlər və Yəməndəki vəziyyət sonda neftin qiymətinin qalxması ilə nəticələnəcək", - deyə iraqlı nazir bildirib.