Seda Sayan həbs oluna bilər - 5 il

27 Mart 2015 16:15 (UTC+04:00)


AzNews.az xarici mediaya istinadən xəbər verir ki, müğənninin məhkəməlik olmasına səbəb üç il əvvəl Bəyoğlundan aldığı kafe olub. Belə ki, müğənni aldığı bu mülkdə dəyişiklik etdiyinə görə barəsində cinayət işi başladılıb.

Məhkəmədə Seda Sayanla yanaşı Özlem Özgür Bükülmez, Senem Cimilli Gürler və Rıdvan Beşer adlı şəxslər də ittiham edilən şəxs qismində göstəriliblər.

Ərazi tarixi məkan olduğu üçün orada tikinti işlərinin aparılması qadağan edilib. İddiaya görə, adıçəkilən şəxslər Sayanın sahibi olduğu kafenin arxa hissəsində qanuna zidd olaraq tikinti işləri aparıblar.

İndi S.Sayan və digər təqsirləndirilənlərin 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilməsi tələb edilir.

Qaldırılan iddia ilə bağlı ötən il ifadə verən S.Sayan isə bunları iftira adlandırıb. "Mən bu daşınmaz əmlakı 2012-ci ildə satın almışam. O zaman əmlakın içərisindəki kafe icarəyə verilmişdi. İcarə müqaviləsi hazırda da davam edir. Heç bir dəyişiklik olmayıb. Deyilənlərin hamısı iftiradır. Deyilən heç bir iddianı qəbul etmirəm".

Proses sentyabr ayına kimi təxirə salınıb.