İngiltərə Litvanı darmadağın etdi - VİDEO

28 Mart 2015 10:19 (UTC+04:00)


AZNEWS.AZ Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə C, E və G qruplarında oyunlar baş tutub.

C qrupunda son Avropa çempionu İspaniya millisi öz meydanında Ukraynanı sınağa çəkib və 1:0 hesablı qələbə qazanıb. Qrupun digər oyunlarında Slovakiya Lüksemburqa 6:0, Belarus isə Makedoniyaya 2:1 hesabı ilə qalib gəlib.

E qrupunun lideri İngiltərə yığması öz meydanında Litva ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 4:0 hesabı ilə məğlub edən ingilislər liderliyini bir qədər də möhkəmləndirib. Qrupdakı digər oyunlara gəlincə Sloveniya evdə San Marinonu darmadağın edib – 6:0 İsveçrə isə Estoniyadan üstün olub – 3:0.

G qrupun maraqla gözlənilən Monteneqro – Rusiya matçı yarımçıq dayandırılıb. Digər görüşdə İsveç səfərdə Moldovaya iki, qrupun lideri Avstriya yığması isə Lixtenşteynə beş cavabsız qolla qalib gəlib.

27 mart
"Avro-2016"nın seçmə mərhələsi, V tur


C qrupu
23:45. İspaniya - Ukrayna - 1:0
Qol: Morata, 28 (1:0)

23:45. Slovakiya - Lüksemburq - 3:0
Qollar: Nemec, 10 (1:0), Veiss, 21 (2:0), Pekarik, 40 (3:0)

23:45. Makedoniya - Belarus - 1:2
Qol: Traykovski, 9 (1:0), kalaşev, 44 (1:1), Bordaşev, 82 (1:2)

E qrupu
23:45. İngiltərə - Litva - 4:0
Qol: Runi, 7 (1:0), Uelbek, 45 (2:0) Sterlinq, 58 (3:0), Kane, 73 (4:0)

23:45. Sloveniya - San Marino - 6:0
Qollar: İliçiç, 10, Kampl, 49, Struna, 50, Novakoviç , 52, Lazareviç, 73, İliç, 89

23:45. İsveçrə - Estoniya - 3:0
Qollar: Şar, 17 (1:0), Xaka, 27 (2:0)

G qrupu
23:45. Monteneqro - Rusiya 0:0 (dayandırılıb)

23:45. Moldova - İsveç 0:2
Qol: İbrahimoviç, 46 (0:1), 84-pen. (0:2)

23:45. Lixtenşteyn - Avstriya - 0:5
Qollar: Harnik, 14 (0:1), Janko, 16 (0:2) Alaba, 59, Junuzoviç, 75