Qurban Qurbanov Ermənistan manşetlərində - Tələbəsi danışdı

28 Mart 2015 11:56 (UTC+04:00)
Baş məşqçi Albaniya millisinin Ermənistana qalib gələcəyi təqdirdə komandanın iki futbolçusu Admir Teli və Ansi Aqollini mükafatlandıracağını demişdi.

AzNews.az xəbər verir ki, bu barədə futbolçu Ansi Aqoli açıqlama verib. O, bu matçın azərbaycanlıların da diqqət mərkəzində olacağını deyib:
"Mən Azərbaycanda oynayıram. Ermənistan və Azərbaycan arasında münasibətlər gərgin olduğu üçün mən əminəm ki, azərbaycanlılar Albaniya millisini dəstəkləyəcəklər".

Qeyd edək ki, Admir Teli və Ansi Aqolli Qurban Qurbanovun tələbələridir. Ötən il Albaniya Ermənistanla oyunda qələbə qazandığı üçün Q. Qurbanov Admir Teli və Ansi Aqollini mükafatlandırmışdı.