Avtomobil dayanacağa girdi – 5 ölü, 2 yaralı

28 Mart 2015 13:48 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Lvov vilayətinin Dövlət Avtomobil Müfəttişliyinin mətbuat xidməti yayıb.

Hadisə Kiyev-Çop magistralında, Dubye kəndində qeydə alınıb. Lvov istiqamətində gedən "Fiat Doblo" markalı avtomobil idarəetməni itirərək qarşı tərəfə keçib və avtobus dayanacağına girib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar.