Putin: “Xodorkovskini bağışlamağa hazıram”

8 Oktyabr 2012 12:37 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin NTV kanalına müsahibəsində maraqlı fakt açıqlayıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Putin keçmiş milyonçunu bağışlaya biləcəyini deyib və əlavə edib ki, sadəcə o, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.

"Əgər o özü bağışlanma ilə bağlı müraciət edərsə, biz ona baxarıq. Ancaq müraciət qüvvədə olan qanunvericiliyə uyğun şəkildə edilməlidir".

Qeyd edək ki, Putinin cidd-cəhdlə həbs etdirdiyi milyonçunu bağışlamaq istəməsi Rusiya mətbuatında geniş müzakirə mövzusu olub.

Sadiq Musa
AzNews.az