Rusiya sərhədçiləri İran vətəndaşını Ermənistanda tutdu

28 Mart 2015 14:44 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.
Məlumata görə, hadisə dünən qeydə alınıb.

İran vətəndaşı narkotik maddələri İrandan Ermənistana keçirmək istəyib. Onun bu addımının qarşısı Rusiya sərhədçiləri tərəfindən alınıb.


İlkin araşdırmalar nəticəsində onun çantasından 2 kiloqram həcmində olan ağ rəngli narkotik maddə (metamfetamin) aşkar edilib.