Ukrayna Azərbaycana 220 tank satıb

8 Oktyabr 2012 12:41 (UTC+04:00)
Ukrayna 1992-ci ildən indiyədək Azərbaycana 220 ədəd əsas döyüş tankı satıb. APA-nın məlumatına görə, bu barədə Rusiyanın nüfuzlu hərbi nəşri olan "Voenno Promışlennıy Kuryer" qəzeti yazıb.

Ukrayna hərbi sənayesinin ixrac potensialına həsr olunmuş analizdə BMT hesabatlarına görə, rəsmi Kiyevin 1992-ci ildən bu yana 1300 tank ixrac etdiyi qeyd olunub. Bu dövrdə Ukraynanın əsas tank alıcıları Pakistan (320 tank), Azərbaycan (220 tank) və Konqo (150 tank) olub.

AzNews.az