Boris Nemtsova daha bir hörmətsizlik - memorialı dağıdılıb

29 Mart 2015 09:05 (UTC+04:00)

Ötən gecə bir qrup şəxs mərhumun xatirəsinə onun qətlə yetirildiyi yerə düzülmüş gülləri, fotoşəkilləri və şamları dağıdıb. Zorakılıqların kim tərəfindən törədildiyini müəyyən etmək hələlik mümkün olmayıb.

Buna baxmayaraq, insanlar yenidən memorial ziyarət edib, qətlin törədildiyi yerə qərənfillər düzüblər.

Nemtsov fevral ayının 27-sində Kreml yaxınlığında öldürülmüşdü. Faktla bağlı istintaq araşdırması davam edir.