İdmançımız qızıl medal qazandı- Foto

29 Mart 2015 21:37 (UTC+04:00)
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Oleq Stepko rəqiblərini üstələyərək paralel qollarda birinci yerdə qərarlaşıb. Həmin medal bu növ üzrə mübarizədə Azərbaycan idmançılarının qazandığı ilk qızıldır.

Turnirdə Kolumbiya təmsilçisi ikinci, rumıniyalı idmançı isə üçüncü olub.