Mikroavtobus qəzaya düşdü: 13 ölü
30 Mart 2015 09:29 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hadisə Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfada qeydə alınıb.
Nəticədə 13 nəfər həlak olub. Ölənlər arasında uşaqların da olduğu deyilir. Ölənlərin 8-i hadisə yerində, 5 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Alınan son məlumata görə, ölənlərdən 9-u Suriya vətəndaşıdır.