İcra nümayəndəsi göldə batdı - Azərbaycanda

30 Mart 2015 11:28 (UTC+04:00)


APA-nın şimal bürosunun məlumatına görə, Şabran Rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi, 1986-cı il təvəllüdlü Soltanov Ağalar Mürsəl oğlu göldə boğularaq ölüb.

Hadisə A. Soltanov rayonun dünən axşam Daşlıyataq kəndində əmisinin şəxsi təsərrüfatında olan göldə balıq tutarkən qeydə alınıb.


Faktla bağlı araşdırmalar davam etdirilir.