Gəncədə itən qızın meyiti basdırılmış halda tapıldı
30 Mart 2015 12:24 (UTC+04:00)
AzNews.az APA-ya istinadən xəbər verir ki, Gəncədə itkin düşən şəxs kimi axtarışda olan şəhər sakini, 1997-ci il təvəllüdlü Gülnarə Aydın qızı Mirzəyevanın meyiti rayonun Xoşbulaq kəndi yaxınlığında meşədə basdırılmış halda tapılıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Elşad oğlu Behbudzadə tərəfindən martın 26-da törədildiyi məlum olub.
R. Behbudzadə saxlanaraq istintaqa təhvil verilib.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.