Şəhid əsgərin kimliyi bəlli oldu – İzmirdə (Yenilənib)

30 Mart 2015 16:00 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İhlas Haber" agentliyi yayıb.

Məlumata görə, ölən əsgərin soyadı Hakan Ertürkdür. Onun Karsdan olduğu da təsdiqlənib. Hazırda Hakanın ailəsi onun cənazəsini götürmək üçün İzmir şəhərinə yollanıb.

Yaralının və qətli törədən əsgərin kimlikləri haqda isə məlumat verilmir.

***
12:40

Türkiyənin İzmir şəhərində xidmət edən bir əsgər mübahisə zəminində tapança ilə 2 yoldaşını güllələyib.

AZNEWS.AZ xəbər verir ki, hadisə İzmir Ana Jet Komandanlığında baş verib.
Yaralı əsgərlər təcili olaraq xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onlardan biri dünyasını dəyişib.


Qatil əsgər yoldaşları tərəfindən zərərsizləşdirilib.

Onun nəzarətdə olduğu deyilir.