Müğənninin oğlu ilə bağlı qalmaqal böyüyür – “Hamilə qızı” Təranə Qumral öyrədib? (VİDEO)

30 Mart 2015 13:52 (UTC+04:00)

ATV telekanalında yayımlanan "Öz aramızda" verilişinin aparıcısı Zaur Baxşəliyev müğənni Nazəninin oğlu ilə bağlı məsələni yenidən qabardıb və tamaşaçıları şoka salan ifadələr səsləndirib. Onun fikrincə, müğənni Nazəninin biabır olmasında və bu məsələnin işıqlandırılmasında bəzi sənət adamlarının marağı var: "Mən dünəndən araşdırmalara başladım. İnstaqram səhifəmizə daxil olan məlumatları topladım, ananın özündən müsahibə aldım, ancaq onların heç birini efirə təqdim etməyəcəyəm. Bu məndə bir material olaraq qalacaq. Nə vaxt lazım olsa, onu efirə verəcəm. İnsanlara çamur atmaq çox asandır. Mənə qəribə gələn isə dünən verilişdən sonra bir neçə müğənninin "Xahiş edirəm bu məsələni işıqlandır" deməsi oldu: "Belə insanlara yazığım gəlir. Bu məsələni də araşdırdıq. Məlum oldu ki, bu xanımın qızı bu oğlandan münasibətdə olmazdan öncə başqa insanla münasibətdə olub. Onun bətnində övlad yoxdur. Bu məsələdə xanımın adının ləkələnməsində israrlı və məqsədli insanlar var. Bilmirəm, bu kimə lazımdır? Amma bizə lazım deyil".

Məsələ ilə bağlı müğənni Nazənin AzNews.az-a açıqlamasında deyib ki, Z.Baxşəliyevə "Xahiş edirəm, bu məsələni işıqlandır, qoy biabırçılıq olsun" sözlərini deyən şəxs müğənni Təranə Qumraldır. Onun fikrincə, oğlu ilə bağlı baş verən olayın arxasında Təranə Qumral dayanır: "Adını çəkmək istəmirəm, çünki özümə sığışdırmıram. Hər kəs bildi ki, bu, kimdir. Nəyə görə öyrətmişdi, nəyə görə, bunu eləmək istəyirdi. Hər şeyi açığa etdi. Hamı bildi ki, bunu Təranə xanım etmişdi. Xətai Rayon 37-ci Polis Şöbəsində artıq məsələ ilə bağlı cinayət işi açılıb. Oğlum şikayət edib. Biz bu məsələni belə buraxmayacağıq. Qadın etiraf edib ki, qızı hamilə deyil. Qızının hamilə olduğunu deməsini isə əsəbi olması və kimlərsə tərəfindən öyrədilməsi ilə izah edib. Qanun var, qayda var".

Müğənni Təranə Qumral isə AzNews.az-a bu məsələdə heç bir rolu olmadığını deyib.

Qeyd edək ki, ATV telekanalında yayımlanan "Öz aramızda" verilişinin buraxılışlarının birində Zaur Baxşəliyev Arzu Heydərova adlı qadının ondan kömək istədiyini vurğulayıb. Qadın qızının müğənni Nazəninin oğlundan hamilə olduğunu bildirib.



Bahar RÜSTƏMLİ
AzNews.az